Mütəxəssis / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Emal sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
16.04.2025
Yenilənmə tarixi:
22.04.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icrasında iştirak etmək; • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; • İstehsal prosesinin maliyyə tərəfinin təhlili və illik büdcənin tərtib edilməsində iştirak etmək; • Şöbənin büdcəsində nəzərdə tutulan sifarişlərin toplanılması, SAP sistemində razılaşdırılması, Təchizat şöbəsinə yönləndirilməsi • İstehsalatın təminatı istiqamətində imzalanmış müqavilələrin icrasına nəzarət məqsədilə yerli və xarici olan Podratçı və subpodratçı şirkətlər ilə mütəmadi danışıqların aparılması və hər-hansı uyğunsuzluq və ya gecikmələr baş verdiyi halda həll edici addımların atılmasında iştirak edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır; • Microsoft Office proqramları üzrə işləmək bacarığı; • Məsuliyyətlilik, Əməkdaşlıq, İnteraktiv hesabatlılıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi: • Dağ-mədən, Biznesin təşkili və idarəedilməsi və ya əlaqəli sahələr üzrə Ali təhsil; • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.