Mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları əməliyyatları sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
18.02.2025
Yenilənmə tarixi:
19.02.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • İşçilərin giriş-çıxış kartlarının hazırlanması və təqdim olunması; • İşçilərin vəzifə və digər məlumatlarının əks olunduğu yaxa kartlarının hazırlanmasını və sifarişini təşkil etmək; • İmzalanmış müvafiq əmrlərin aidiyyəti strukturlara göndərilməsini və qeydiyyata salınmasını təmin etmək; • Vəzifə dəyişiklikləri, əmək haqqı dəyişikliyi, əmək şəraiti ilə bağlı dəyişiklərə dair verilən bildirişlərin qeydiyyata salınmasını təşkil etmək; • Yeni gələn namizədlərin sənədlərinin yığılması; • Işçilərin şəxsi məlumat bazalarının mütəmadi olaraq doldurulması və yenilənməsi; • Hərbi uçotun aparılması; • İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və müvafiq qeydiyyatın aparılması; • İstehsalat sahəsinə mütəmadi olaraq ezamiyyətə gedilməsi (ayda 1 dəfədən az olmayaraq);
Tələb olunan bilik, bacarıq və səriştələr: • Gülərüz, yaxşı ünsiyyət bacarıqları, səbrli, məsuliyyətli və nizam-intizamlı; • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (yaxşı). • Kompüter bilikləri: Microsoft Office proqramlarını yaxşı bilməli. • Uyğun sertifikatın olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil tələb olunur. * Müvafiq sahə üzrə 1 il ş təcrübəsi;
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.