Mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
22.07.2021
Yenilənmə tarixi:
25.06.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin təsərrüfat-maliyyə və hasilat fəaliyyətinin perspektiv, illik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatları işləyir; xidmətlərin, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın təchiz edilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək; • Ödəniş tapşırıqlarını tərtib etmək; • Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması, əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsini təmin etmək; • Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması, ödənişini təşkil etmək; • şlənib hazırlanmış iş planlarına, metodik tapşırıqlara və işlərin yerinə yetirilməsi məsələlərinə baxılmada, eləcə də əməyin, idarəetmənin mütərəqqi formalarının, plan və hesabat sənədlərinin təkmilləşdirilməsində iştirak etmək; • Mühasibatlıqda kargüzarlıq işini təşkil etmək; • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək; • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq; • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək; • Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları almaq; • Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və riyazi biliklər. • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramları. • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, milli mühasibat uçotu standartları, üzrə nəzəri biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə ali təhsil. • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (istehsalat sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).