Mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.09.2023
Yenilənmə tarixi:
31.08.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramında işləmək; * Cəmiyyətin təsərrüfat-maliyyə və hasilat fəaliyyətinin perspektiv, illik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatları işləyir; xidmətlərin, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın təchiz edilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək; * Ödəniş tapşırıqlarını tərtib etmək; * Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması, əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsini təmin etmək; * Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması, ödənişini təşkil etmək; * İşlənib hazırlanmış iş planlarına, metodik tapşırıqlara və işlərin yerinə yetirilməsi məsələlərinə baxılmada, eləcə də əməyin, idarəetmənin mütərəqqi formalarının, plan və hesabat sənədlərinin təkmilləşdirilməsində iştirak etmək; * Mühasibatlıqda kargüzarlıq işini təşkil etmək; * Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək; * Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq; * Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək; * Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları almaq; *Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Microsoft Office * Vergi sahəsi üzrə biliklər, ERP sistemində işləmə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil. * Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki: * İş saatları: 09:00 – 18:00; * Nahar fasiləsi: 13:00-14:00; * Şənbə və Bazar istirahət günüdür.