Növbə nəzarətçisi / Çovdar filiz emalı sahəsi / CIL zavodu
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
2
Son müraciət tarixi:
29.04.2024
Yenilənmə tarixi:
01.05.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: *İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək; *Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək; *Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq; *İstehsalatın gedişinə və ya istehsalata təsir edən hər bir parametr haqqında operatorlardan məlumat almaqla nə edilməli olduğuna dair qərar vermək; *İstehsal üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaq; *Sıyırma dayanma planlarını təşkil etmək; *Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq; *Zavodda istifadə olunan bütün kimyəvi maddələrin dozasına və ehtiyatına nəzarət etmək; *Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək; *Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan proseslərin səmərəli şəkildə idarə etmək; *Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq; *İdarəetmə otağının, çay otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) və zavodun laboratoriya materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək; *Zəruri hallarda kimyəvi maddənin hazırlanması proseduruna uyğun aparılmasını və ona riayət edilməsini təmin etmək; *İstehsalatın düzgün təşkili və növbəliliyin təmin etmək; *Texniki su çəninin səviyyəsinə nəzarət etmək və su əlavə etmə klapanını avtomatik vəziyyətdə saxlayaraq, hər zaman kifayət qədər suyun olmasına nəzarət etmək; *Saf su çəni səviyyəsinə və suyun həmişə kifayət qədər olmasını təmin etmək üçün su əlavə klapanını avtomatik vəziyyətdə saxlanılmasına nəzarət etmək; *Yanğın suyu çəninin səviyyəsinə nəzarət etmək və həmişə kifayət qədər suyun olmasını təmin etmək; *Ərazidəki avadanlıqlara texniki baxışı həyata keçirmək; *Gündəlik avadanlıqların hərəkətli hissələrinin (yastiqların) yağlanması, daşıyıcı konverlərin lentlərinin sazlanmasını həyata keçirmək; *Ərzazidəki reduktorların transmissiya yağlarını dəyişdirmək; *Boru xəttlərinin, filianslı birləşmələrin sızdırılıb, sızdırlmadığını yoxlamaq, aşınmış kipçəkləri və diyircəkli yastıqları dəyişdirmək; *Kompressor stansiyalarda yağ və hava filterlərini, seperatorları dəyişdirmək; *Transfer xətlərindəki aşınmış sərt təbəqələri (bronları) yoxlamaq və ehtiyac yarandığı təqdirdə dəyişdirmək; *Ərazidə nasazlıq yaranan avadanlıqları (apron fiderləri, daşıyıcı lentəri, reduktorları, pompaları təmir etmək; *Təmir zamanı qaldırıcı telferlərin sazlığını yoxlanılmasına və yağlanmasına nəzarəti həyata keçirmək; *Ehtiyac yarandıqda Cəmiyyətin aidiyyəti şöbələrinin müfaviq ələqələndirici şəxsləri ilə əlaqə saxlayaraq forklift, kran kimi texnikaları tədarük etmək; *Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək; *Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək; *Növbələr üçün zəruri hesab edilən əməyin mühafizəsi iclaslarının mövzularının yaradılması, növbələrin məsələləri həll etdiyindən əmin olmaq;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı; * Dil bilikləri: Azərbaycan dili (səlis) * Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə arzuolunandır) Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır
İş qrafiki: • Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.