Növbə rəisi (Mexaniki təmir sahəsi üzrə) / CİL zavodu
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.04.2023
Yenilənmə tarixi:
26.04.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Mexaniki təmir sahəsi üzrə iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına və daim nəzarət etmək; Avadanlıqların təmir qrafiklərinin tutulması, vaxtında və keyfiyyətlə təmir işlərinin aparılmasını, yeni gəlmiş avadanlıqların quraşdırılmasını təmin etmək; Hasilat sahəsini daim monitorinq etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə rəhbərliyə məlumat vermək; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, hasilatın texniki hazırlığını təmin etmək; Köhnəlmiş avadanlıqlar və obyektləri müəyyən edib onların təmirini növbələşdirmək; Bölmədə təhlükəsizlik, ətraf mühit, texniki qulluq və keyfiyyət göstəricilərinə riayət edilməsinə nəzarət etmək; Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Müvafiq qanunvericilik aktları və normalarını; Hasilat norma və qaydalarını; Sahənin qüvvədə olan standart və texniki şərtlərini; Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ); Sahədə işləyən avadanlıqların və mexanizimlərin iş prinsiplərini və yarana biləcək nasazlıqların aradan qaldırılması üsullarını;
Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahə üzrə ali təhsil Avtomatika,cihazqayırma,maşınqayırma sahəsi üzrə ən azı 3 il iş təcrübəsi olmalı.