Şəbəkə adminstratoru / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
31.08.2023
Yenilənmə tarixi:
07.09.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaq; * Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək; * Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq; * Şəbəkə üzrə bütün mühüm dəyişiklərin sənədləşdirilməsi; * Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq; * Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək; * Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək; * Şəbəkə avadanlığlarının konfigurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək; * Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək; * Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət; * Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi; * Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: * CCNA səviyyəsində həqiqi bilik * NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA) * Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti) * Şəbəkə təhlükəsizliyi üzrə biliklər * IP-PBX ilə təcrübə (3CX, Asterisk) * Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri; * Texniki səviyyədə İngilis və Rus dili bilikləri.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil * İT sahəsində 5 il, şəbəkə administratoru kimi 2 il iş təcrübəsi .
İş qrafiki: * İş saatları: 09:00 – 18:00; * Nahar fasiləsi: 13:00-14:00; * Şənbə və Bazar istirahət günüdür.