Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanması; • Şöbəyə aid prosedur və təlimatların yazılması, razılaşdırılması və onların icrasına nəzarətin həyata keçirilməsi; • Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsi, onların maraqlı tərəflə razılaşdırılması; • İnformasiya texnologiyaları layihələrinin icrası və avadanlıq yenilənmələri zamanı müvafiq texniki tapşırılıqların və layihə həcmlərinin tərtib edilməsi; • Şöbənin illik büdcəsi və satınalmalar planının şöbə daxili əməkdaşlarla və Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində formalaşdırlıması və nəzarətin həyata keçirilməsi; • Sifarişlərin verilməsi, şöbədaxili təsdiq edilmiş sənədlərin və iş məlumatlarının arxivlənməsi və dövriyyəsinin təşkili; • İT layihələrinin icrası və şöbənin gündəlik fəaliyyəti zamanı podratçılarla uyğun işin təşkilinin həyata keçirilməsi; • Şöbənin daxili sənədləşməsinin təşkil edilməsi (Müqavilələr, ödəniş sənədləri və s.) • Şöbəyə aid mövcud aktivlərin (avadanlıqların və materialların) idarəedilməsi və təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur; • İTİL V4 üzrə biliklərə malik olması (sertifikatın olması arzuolunandır) • Layihələrin idarəedilməsi üzrə təcrübə (sertifikatın olması arzuolunandır) • Serverlər, Şəbəkələr və Nəzarət sistemləri üzrə təməl biliklərin olması • Kompüter bilikləri: Microsoft Word, Exel, Visio, Power point, Outlook • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil (İT üzrə təhsil arzuolunandır); * İT sahəsində ən azı 5 il, layihələrin idarəedilməsi üzrə ən azı 3 il
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.