Sektor müdiri / İnsan resurslarının idarəolunması şöbəsi / Təşkilati inkişaf sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
22.09.2023
Yenilənmə tarixi:
03.10.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Təcrübə proqramlarının idarəedilməsi: Ali təhsil müəssisələri ilə bağlanılan memorandumların, istehsalat təcrübəsinin keçirilməsi ilə bağlı layihələrin hazırlanması, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində lazımı tədbirlərin görülməsi, * İstedların idarəedilməsi: Struktur bölmələr üzrə iş analizlərinin aparılmasını, struktur bölmə rəhbərlərindən səriştə xəritələrinin toplanmasını, vəzifə təlimatlarının səriştə xəritələrinin əsasında təkmilləşdirilməsini, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün indiqatorların təyin edilməsini təşkil etmək; * Performans idarəetmə: Struktur bölmələr üzrə əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətində Cəmiyyətdaxili normativ sənədlərə əsasən şöbə üçün müəyyən edilmiş öhdəliklərin icra edilməsində iştirak etmək; * Cəmiyyət daxilində təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim ehtiyaclarına uyğun illik təlim planının tərtib edilməsini təşkil etmək; * Cəmiyyətdə və onun struktur bölmələrində işçilərin strateji vəzifələrə yetişdirilməsi üçün tədbirlər görülməsində iştirak etmək; * Şöbənin illik büdcəsinin tərtib edilməsinə iştirak etmək * Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək; * Təşkilatın inkişafı istiqamətində daxili sorğuların keçirilməsi ( 360, İşçi bağlılığı sorğuları və s) * İşə uyğunlaşma proqramı. * Rəhbərlik və işçi heyəti üçün ümumi mükafatlandırma strategiyasının, siyasətlərinin və alətlərinin müəyyən edilməsi
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali Təhsil. * Müvafiq sahə və ya yuxarıda qeyd olunan tələblər üzrə təcrübə müddəti - ən azı 4 il. * HR BP Ekspert vəzifəsində en az 3 il təcrübəsi olmuş namizədlərə üstünlük verilir.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı * Kompüter bilikləri: Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur * Əməkdaşlıq, məsuliyyətlilik, təşəbbüskarlıq, liderlik bacarıqları.
İş qrafiki: * İş saatları: 09:00 – 18:00; * Nahar fasiləsi: 13:00-14:00; * Şənbə və Bazar istirahət günüdür.