Sektor müdiri / Logistika və inzibati işlər şöbəsi / Logistika sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
02.05.2021
Yenilənmə tarixi:
13.04.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək; • Cəmiyyətin işçilərinin və qonaqlarının müvafiq prosesə (prosedura) uyğun Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan xidməti avtonəqliyyat vasitələri ilə xidməti işlərlə bağlı Bakı şəhərdaxili və ölkədaxili daşınmasını təşkil etmək; • Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək; • Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək; Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək; • Lİİ şöbəsinin tabeçiliyində olan avtomobillərin texniki qulluq və təmiri ilə əlaqədar hesabatların hazırlamasını təşkil etmək; • Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtomobilləri idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasına nəzarət etmək; • Xidməti zərurətlə bağlı yüklərin ölkə daxili və ölkə xarici göndərilməsini təşkil etmək; • Yüklərin göndərilməsi və gətirilməsi ilə bağlı gömrük sənədləşdirilməsinin aparılmasının təşkili; Tələb olunan bilik, bacarıq və səriştələr: • İşgüzar danışıqlar və yazışma aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik; • Gömrük orqanları ilə iş təcrübəsi; • İncoterms şərtlərini bilməli; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları bilməli. (SAP arzuolunandır).
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil; • Minimum 4 il müvafiq sahədə iş təcrübəsi.