Sektor müdiri / Təmir - tikinti və energetika şöbəsi / Keyfiyyətə nəzarət sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
18.11.2021
Yenilənmə tarixi:
25.11.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Təmir-tikinti və energetika işlərinin layihəyə və digər normativ sənədlərə uyğunluğunun yoxlanılması və birbaşa nəzarətinin aparılması; • Layihələrin normalara uyğun olaraq hazırlanmasına nəzarət etmək; • Podratçı şirkətlər tərəfindən təqdim edilmiş tikinti aktlarının, jurnalların, hesabatların və digər zəruri sənədlərin, müqaviləyə və normalara uyğunluğunun yoxlanılması; • Təmir-tikinti və energetika işlərinin bütün mərhələlərində keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi; • Təmir-tikinti və energetika işləri üzrə icra edilən işlərin AzDTN-ə uyğun olaraq aktlaşdırılmasına nəzarətin aparılması və yoxlanılması; • Tikinti-quraşdırma işlərində istifadə olunan materialların keyfiyyətinin yoxlanılması və layihə tələblərinə uyğunluğuna nəzarətin aparılması; • İcra olunan tikinti-quraşdırma işlərinin standartlara və layihəyə uyğun icra olunmasına nəzarət edilməsi; • İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması; • Uyğunsuzluq hesabatı və önləyici fəaliyyət hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək. Aşkar olunmuş uyğunsuzluq və önləyici hesabatların sistemli olaraq qeydiyyatına və müvafiq düzəliş tədbirlərinə nəzarət etmək; • Tikinti-quraşdırma işləri zamanı testlərin, nəzarətin və yoxlamaların aparılmasını təmin etmək və sənədləşdirmək; • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq; • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək; • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək; • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq; • EPC/PMC üzrə şirkətlər tərəfindən icra olunan işlərə nəzarət olunması; • Podratçı şirkətlər tərəfindən hesabatlılığın təmin edilməsinə nəzarətin aparılması.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük. • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), AutoCad və Primavera P6 proqramlarında sərbəst işləyə bilmək.
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə ali təhsil. • Keyfiyyətə nəzarət sahəsində (inşaat sektorunda) ən azı 3 il iş təcrübəsi olmalıdır. • Layihələrin idarəolunması (EPC/PMC) üzrə iş təcrübəsi.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.