Sosial media üzrə mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Aidiyyatı sahələr üzrə zəruri olan arayış və məlumatları hazırlayıb təqdim etmək;
• Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
• Cəmiyyətin sosial media hesablarını idarə etmək;
• Sosial media hesablarında yazılmış ismarıc və rəyləri mütamadi izləmək və cavablandırmaq;
• Sosial media hesablarında reklamların idarə edilməsi;
• Sosial media, həmçinin "google analytics" hesablarında infoqrafik göstəricilər üzərindən analizlərin aparılması, əldə edilmiş nəticələrə əsasən təkliflərin hazırlanması;
• Sosial şəbəkələrdə şirkətin brend profillərinin inkişaf etdirilməsi;
• Sosial media monitorinqinin aparılması;
• Rəsmi veb-səhifələrin idarəolunması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
• Sosial media istifadəçiləri ilə ünsiyyətin təkmilləşdirilməsi, marka görüntüsünün artırılması və daha çox (potensial) müştəriyə çatdırılması;
• Sosial media hesablarında konkursların, kampaniyaların hazırlanması və idarə edilməsində iştirak etmək.
• Çəkiliş üçün tərtibatlara dair təkliflərin verilməsi, layihələrdə iştirak etmək üçün blogerlərin/influenserlərin seçilməsi;
• Sosial media üçün büdcənin müəyyən edilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili, İngilis dili arzuolunandır ;
• Microsoft Office proqramında yaxşı işləmə bacarıqları;
• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, nizam-intizam, stresə davamlı, yaradıcı, viral düşünmə qabiliyyətinə malik;
• İşgüzar yazışma qaydalarını bilməlidir;
• Marketinq sahəsində müvafiq sertifikatlara malik olması arzuolunandır;
• Yeni texnologiyalar, onlayn marketinqə dair qabaqcıl trendlərdən məlumatlı olmalı.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Ali təhsil (Magistr təhsili MBA üzrə arzuolunandır);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar