Aparıcı mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətdə mövcud olan istifadəçi avadanlıqlarına texniki xidmət göstərmək, və profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Cəmiyyətdə mövcud istifadəçi avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaq;
- Korporativ şəbəkə və sistemlərə giriş icazəsi olan istifaçilərini Cəmiyyətdə təsdiq edilmiş qaydalara və İdarə Heyətinin Sədrinin (bundan sonra İHS) göstərişlərinə uyğun istifadə hüquqları ilə təmin edilməsində iştirak etmək;
- Cəmiyyətdə korporativ şəbəkə və elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
- İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
- İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
- Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
- Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
- İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
- İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır. Office proqramları: “Windows” Server ƏS üzrə baza, “client” tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
“MacOs” ƏS üzrə peşəkar biliklər;
R“Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər;
PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər;
CCNA, İTİL üzrə nəzəri biliklər arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
İT sahəsi üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.
Digər vakansiyalar