• Müvafiq sahələrin fəaliyyət planlarının və iş bölgüsünün icrasına nəzarəti təşkil etmək; • İstehsalat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və istehsalat xərclərinin azaldılması istiqamətində təşəbbüslərin irəli sürülməsi; • İstehsalatda texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə operativ qərarların qəbulu və icrasına nəzarəti təşkil etmək; • Emal və hasilat sahələri üzrə mal-material, texnika, sərf materiallarının və kimyəvi maddələrin təminatının düzgün planlaşdırılması və əlaqələndirilməsi; • İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarəti təşkil etmək; • Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək; • Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarəti təşkil etmək; • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək; • Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək; • İstehsal sahələrində aparılan optimizasiyalar ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi; • Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək; • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramlarını mükəmməl bilmək, mühəndislik sahəsi üzrə proqramları bilmək üstünlükdür. • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur; • Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil tələb olunur; Geologiya və ya Dağ-mədən mühəndisliyi ixtisasına malik namizədlərə üstünlük veriləcək. • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi,.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.