Aparıcı mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / Təşkilati inkişaf sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
17.04.2026
Yenilənmə tarixi:
13.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri: · Öyrənmə və inkişaf üzrə ümumi strategiya və prinsipləri əsasında işləri icra etmək; · Cəmiyyət daxilində təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim ehtiyaclarına uyğun illik təlim planını tərtib etmək; · Cəmiyyət işçiləri üçün təlimlərin təşkili və idarəolunması ilə bağlı işləri icra etmək; · Cəmiyyətin və onun işçilərinin fəaliyyət və səriştə qiymətləndirmə nəticələri ilə fərdi mükafatlandırmanın əlaqələndirilməsi, işçilərin səriştələrinin qiymətləndirilmə nəticələri, bonuslar və vəzifə artımının vahid sistemdə əlaqələndirilməsi və işçilərin yekun bonus məbləğlərinin hesablanması prosesləri ilə əlaqəli işləri icra etmək; · Əmək bazarındakı cari əməkhaqqı məlumatlarını analiz edərək, rəqabətədayanıqlı və ədalətli əməkhaqqı sisteminin formalaşdırılması və Cəmiyyətin işçilərinin mükafatlandırılması məqsədilə təkliflər irəli sürmək; · İşçilərdə stimul yaratmaq və onların Cəmiyyətə loyallığını təmin etmək məqsədilə davamlı motivasiyaları ilə bağlı təkliflər vermək; · İşçilərdə işçi bağlılığını artırmaq üçün müxtəlif növ korporativ tədbirlərin və komanda oyunlarının təşkil edilməsi istiqamətində işlər görmək; · Cəmiyyətdaxili kommunikasiyanının gücləndirilməsi və İnsan resursları və digər struktur bölmələrin işləri ilə əlaqəli proseslərin imkan daxilində Cəmiyyətdaxili istifadə olunan İntranetin (daxili portal) üzərindən rəqəmsallaşdırılması istiqamətində təkliflər vermək və İntranetin daimi olaraq təkmilləşdirilməsi istiqamətində işləri icra etmək; · Sektora aid prosedur, qayda və təlimatların mütəmadi yenilənməsi ilə bağlı təkliflər vermək və müvafiq sənədlərin yenilənməsi ilə bağlı işləri icra etmək; · Cəmiyyət daxilində keçirilən müvafiq sosial tədbirlərin hazırlanmasında və təşkilində iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır); · Microsoft Office proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı; · Yaxşı ünsiyyət qabiliyyəti, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (müvafiq sahə üzrə); · Müvafiq sahə üzrə 2 il iş təcrübəsi.
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.