Aparıcı mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
27.07.2025
Yenilənmə tarixi:
29.07.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Satınalma prosedurlarının nəticəsində bağlanmış müqavilələr üzrə icrasına aidiyyəti sifarişçi şöbələr tərəfindən nəzarət olunan mal, iş və ya xidmətlərin təhvil verilmə prosesinə dəstək olmaq; • Satınalma prosesinin təşkil olunması istiqamətində icraya daxil olan sifarişlərin müvafiq satınalma prosedurlarına uyğun olaraq bölgüsünü və qruplaşdırılmasını təmin etmək; • Cəmiyyətin büdcəsində nəzərdə tutulan xərc maddələri üzrə ehtimal olunan qiymətin hazırlanması prosesində iştirak etmək; • Gələn, alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək; • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına nəzarət etmək, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirməsi üçün zəruri addımlar atmaq;
Tələb olunan bilik, bacarıq və səriştələr: • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli; • Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli; • MS Office və SAP proqramları üzrə işləmə bacarığı; • Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri; • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.