Aparıcı mütəxəssis / Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi / Sənədlərlə iş və arxiv sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
29.11.2024
Yenilənmə tarixi:
29.11.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətdə kargüzarlıq işinin müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək; • Cəmiyyətə daxil olan və çıxan sənədlərin rəsmiləşdirilməsini aparmaq; • İdarə Heyətinin üzvlərinin korrespondensiyasının vaxtında İdarə Heyətinin katibliyinə çatdırılmasını təmin etmək; • Sektorun səlahiyyətlərinə daxil olan məsələlər üzrə hökumət və qeyri-hökumət təşkilatları ilə danışıqların, sorğuların müvafiq qaydada aparılmasının təşkil edilməsində iştirak etmək; • Dərkənar vərəqələrinin doldurulmasını həyata keçirmək; • Verilmiş əmr və sərəncamların vaxtında rəsmiləşdirilməsinin, artırılmasının və lazımi ünvanlara çatdırılmasının təşkil edilməsində iştirak etmək; • Kənar təşkilatlara məktub tərtib etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili, Rus dili (mükəmməl), İngilis dili arzuolunandır. • Kompüter bilikləri: Microsoft Office proqramlarını bilməli. • Məsuliyyət, Əməkdaşlıq, Çeviklik, Kreativlik, Analitik düşüncə, Araşdırma bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil tələb olunur. Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.