• İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək; • Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək; • İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək; • Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək; • Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq; • Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq; • İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək; • Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq; • Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək; • Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək; • Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq; • Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək; • Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək; • Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq; • İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək; • İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək; • Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı; • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır) • Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin ) olması tələb olunur. • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır
İş qrafiki:
• Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.