• Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsində iştirak etmək; • Mexaniki avadanlıq-qurğuların quraşdırılması, onlara baxış keçirilməsi işlərini icra etmək; • İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək; • Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması işlərini icra etmək; • Avadanlığın quraşdırılması, işə buraxılması və istismarı zamanı işçi heyətin təhlükəsizliyini təmin etməli; • Müxtəlif iş rejimlərində və istismar şəraitində bütün xarici təsirlər zamanı avadanlığın etibarlı və təhlükəsiz işləməsini təmin etməli; • Nasaz cihazları, alətləri və ya mühafizə vasitələrinin aşkar etdikdə işçi bu haqda öz struktur bölmə rəhbərlərinə, dərhal məlumat verməlidir, • Qurğuda yaranmış hər hansı bir nasazlıqla bağlı dərhal növbə nəzarətçisinə məlumat verməlidir.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis,İngilis dili arzuolunandır; • MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında işləmə bacarığı; • Biləvasitə mexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır; • Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə peşə təhsili;Ali təhsil arzuolunandır. • Müfafiq sahə üzrə 1 il iş təcrübəsi
İş qrafiki:
• Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.