Əsas vəzifə və öhdəliklər: Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsini təşkilində iştirak etmək; Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə bağlı avadanlığa xidmət göstərilməsinin təşkil olunmasında iştirak etmək; Cəmiyyətdə müvafiq istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işlərinin təşkil olunmasında iştirak etmək; Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri, onların iş prinsipi, quraşdırma və sazlama qaydaları əsasında işlərdə iştirak etmək; Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri üzrə layihələrdə cihazların şərti işarələrinin təmin olunması, elektrik dövrə sxemləri əsasında işlərə nəzarət olunması; Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət edilməsində iştirak etmək; Elektrik dövriyyəsinin hesablanmasını həyata keçirilməsində iştirak etmək; Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq müvafiq layihələndirilmə işlərini həyata keçirtmək; Müvafiq dövlət orqanları (qurumları) ilə müvafiq layihələrin razılaşdırılması və təsdiqi istiqamətində müvafiq tədbirlər görmək; Obyektlərin layihələndirilməsi üçün səlahiyyətləri çərçivəsində ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları aidiyyəti üzrə təqdim etmək; Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, işləməsinə nəzarət etmək və təsdiq üçün hazırlamaq; Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanmasını təşkil edilməsində iştirak etmək; Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidmətinin təşkil edilməsində iştirak etmək; Elektrik-quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi istiqamətində müvafiq tədbirlər görmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Müvafiq qanunvericilik aktları və normalarını; AutoCAD, MS Office proqramını; Dil bilikləri: Azərbaycan dili (mükəmməl) Kompüter bilikləri: Microsoft Office proqramları, AUTO Cad / PLC proqramlaşdırma.
Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahə üzrə ali təhsil. Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş qrafiki: Həftənin 5 günü iş, 2 günü istirahət günləridir. İş saatları: 08:00-dan – 17:00-dəkdir. Nahar fasiləsi: 12:00-dan-13:00-dəkdir.