Bölmə rəhbəri / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin Keyfiyyətə nəzarət və laboratoriya bölməsi
• Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və nəzarət etmək; • Məhsulun hazırlanma prosesində istifadə olunan xammal və kimyəvi maddələrin keyfiyyət göstərcilərinin formalaşmasını təmin etmək; • Xammal və kimyəvi maddələrin norma və tələbləri uyğun yoxlanılmasını təşkil etmək və daimi nəzarətdə saxlamaq; • Keyfiyyətə nəzarət sahəsinə uyğun olaraq İstehsalda tətbiq edilən prosedurlar üzrə sənədləşməyə nəzarət etmək; • Keyfiyyəti idarəetmə sisteminin müvafiq mərhələlərində iştirak etmək və təkliflər vermək; • Laboratoriyanın fəaliyyəti üzrə podratçı şirkətlə bağlanmış müqavilə tələblərini izlənilməsi və tələblərin təşkil edilməsi; • Labotaoriyanın auditlərini təşkil etmək və audit hesabatını təqdim etmək; • Laboratoriyada aparılan analizlərə nəzarətin təşkil edilməsi; • Keyfiyyətə nəzarət və laboratoriya aid daxili sənədlərin vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək; • İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək; • Laboratoriyda aparılan sınaq və analiz proseslərini yoxlanılmasını təşkil etmək; • Keyfiyyət xəritəsini formalaşdırmasında iştirak etmək; • Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və nəzarəti təşkil etmək; • Keyfiyyətə nəzarət sahəsi üzrə yoxlama və auditlər təşkil etmək: • Pest control , gigiyena, qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinə nəzarət; • Cəmiyyətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək; • Əmək intizamına və Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək; • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis və Rus dilini yaxşı səviyyədə bilməli; • MS Office proqramlarından orta səviyyədə işləmə bacarığı; • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını bilməli; • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları; • Vəzifə səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2016) tələbləri; • “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq sahədə NK-ın Qərar və Sərəncamları • Metroloji standartlar (ISO 17025, GOST və s.). • Ölçmə vasitələrinin dövlət yoxlaması və kalibrlənmə proseslərinə tələblər üzrə biliklər • Ölçmə cihazlarının iş prinsipləri və diaqnostikası • Idarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi; • Kalibrləmə və ölçmə metodları; • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini; • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması; • İş yeri üzrə xüsusi sertifikasiya tələb olunur;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəalityyəti üzrə). • Keyfiyyətə nəzarət və Laboratoriya sahəsi üzrə 3 il iş təcrübəsi; • Ümumi təcrübə müddəti: 3 il; • İdarəetmə təcrübəsi: 1 il.
İş qrafiki:
• İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.