Baş energetik / Təmir - tikinti və energetika şöbəsi / Çovdar filiz emalı sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.12.2020
Yenilənmə tarixi:
02.03.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi; Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti; Elektrik dövriyyəsinin hesablanması; Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri; Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi; Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması; Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti; Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi; Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti; Cəmiyyətin bütün elektrik təsərüfatına nəzarət.
Tələb olunan bilik, bacarıq və səriştələr: Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər; Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər; Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər; Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər; Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli; Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır; Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahə üzrə ali təhsil; Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.