Əsas vəzifə və öhdəliklər: Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti; Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət; E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması; Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması; Maliyyə hesabatlarının hazırlanması; Debitor və kreditorlar üzrə uçotun aparılması; Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması; Mal-materialların uçotunun aparılması; İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması; Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi; Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi; Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması.
Tələb olunan bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları. IFRS beynəlxalq sertifikatı arzuolunandır;
Tələb olunan təhsil və iş təcrübəsi: Maliyyə ixtisası üzrə ali təhsil; İstehsalatda iş təcrübəsi arzuolunandır; Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi