Baş mütəxəssis / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Korporativ informasiya sistemlərinin (ERP, CRM və s.) idarə olunması və dəstəklənməsi;
• Məlumat bazalarının (database) qurulması, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi;
• Data idarəetmə strategiyalarının hazırlanması və tətbiqi;
• Məlumatların toplanması, emalı, saxlanması və analiz proseslərinin təşkili;
• Data keyfiyyətinin (dəqiqlik, tamlıq, aktuallıq) təmin edilməsi və nəzarəti;
• Müxtəlif sistemlər arasında inteqrasiyaların qurulması və idarə edilməsi;
• İstifadəçi ehtiyaclarına uyğun hesabatların hazırlanması;
• Sistemlərin performansının monitorinqi və problemlərin aradan qaldırılması;
• Texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
• Yeni texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflərin verilməsi;
• İT komandası və digər şöbələrlə koordinasiyalı işləmək.


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis, İngilis dili yaxşı;
• Python, Java və ya digər proqramlaşdırma dilləri;
• Məlumatların təhlili və interpretasiyası;
• Problerlərin həlli və optimallaşdırma bacarığı;
• Statistik düşüncə və data əsaslı qərarvermə;
• Skript yazmaq və avtomatlaşdırma;
• Verilənlər bazaları ilə işləmək bacarığı;
• Data modelləşdirmə və məlumat arxitekturası;
• ETL prosesləri və data inteqrasiyası;
• Bulud texnologiyaları üzrə biliklər;
• Sistem inteqrasiyası və API-lərlə işləmək bacarığı
• İnformasiya təhlükəsizliyi üzrə əsas biliklər;
• Analitik düşünmə, vaxtın idarə olunması, effektiv ünsiyyət, təqdimat, komanda ilə işləmə bacarıqları

Tələb olunan təhsil və iş təcrübəsi:

• İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar