Dağ-mədən mühəndisi / Qeyri-filiz yataqlarının istismarı idarəsi (Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi)

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Hasilat proseslərinin planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
• Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək;
• Hasilat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək;
• İşlərin koordinasiyası zamanı gecikmələr olduqda onların səbəbini araşdırmaq və onların aradan qaldırılması üzrə görüləcək tədbirlər üzrə öz təklif və tövsiyələrini vermək;
• Hasilat sahələri üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
• Hasilat prosesləri ilə bağlı imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və müqavilə pozuntularının idarə edilməsində iştirak etmək;
• Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
Şöbənin texniki arxivinin düzgün təşkilinə nəzarət etmək
Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili – səlis
• İngilis dili – arzuolunandır
• Rus dili – arzuolunandır
• MS Office bilikləri – səlis

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (Dağ – mədən mühəndisi).
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;


İş qrafiki:

• İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar