Baş mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
28.07.2022
Yenilənmə tarixi:
09.08.2022
Vakansiyaya dair tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr: Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək üçün məlumatları hazırlayıb rəhbərinə təqdim etmək; Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunu aparmaq; Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərini vaxtında ödəmək; Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq; Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək; Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin etmək; Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq; Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları təmin etmək; Aylıq, rüblük, illik maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək; Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək; Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin , eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılmasını təşkil etmək; Debitor və kreditor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramında işlənməsini təmin etmək; Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır; Komputer bilikləri: MS Word, MS Excel, 1C 8.3 Mühasibatlıq sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli; Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalıdır.
Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahədə ali təhsil: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; (dövlət və neft -qaz sektorunda iş təcrübəsi olan namizədlər arzuolunandır.)