Baş mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İcraya nəzarət sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə təhlillər və araşdırmalar aparmaq, nəticələri barədə hesabatları və rəyləri hazırlamaq və sektor müdirinə təqdim etmək, o cümlədən daxili nəzarət sisteminin
təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;
* Şöbənin qısa va uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları yoxlamaq və sektor müdirinə təqdim etmək;
* Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində sektor müdirinin tapşırıqlarını icra etmək;
* Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri hazırlamaq;
* Korrupsiya xarakterli hallara, habelə nəzarət mexanizmlərində boşluqlara qarşı mübarizə çərçivəsində araşdırma və təhlillər aparmaq, nəticələri barədə hesabatları yoxlamaq, bu sahədə güclü nəzarət mexanizmlərinin təmin edilməsi üçün
sektor müdirinə təkliflər vermək;
* Aidiyyəti hesabatları hazırlamaq və sektor müdirinə təqdim etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis və rus dilləri yaxşı səviyyədə olmalıdır;
* Microsoft Office, 1C, digər audit və statistik proqramları üzrə biliklər olmalıdır;
* Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
* İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil.
* Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar