Baş mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.06.2024
Yenilənmə tarixi:
24.06.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi; • Layihə planlama işlərinin həyata keçirilməsi; • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi; • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi; • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi; • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi; • Maliyyə modellərinin hazırlanması və təhlili; • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması; • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi. Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ilə iş; risklərin idarə edilməsi; təhlil etmə; kommunikasiya; davamlı inkişaf və öyrənməyə açıq; tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar (PPT, Outlook) • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik. Tələb olunan təhsil və iş təcrübəsi: • İqtisadiyyat,texniki, mühəndislik ixtisasları üzrə ali təhsil, MBA; • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması; • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.