Baş mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi / İxracat, strateji təhlil və planlaşdırma sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
24.11.2025
Yenilənmə tarixi:
25.11.2025
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Sektorun fəaliyyətinin təşkilində iştirak etmək, zəruri arayış və məlumatlar hazırlayaraq aidiyyəti üzrə təqdim etmək; · Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə strateji araşdırmaların aparılmasında sektorun səlahiyyətləri çərçivəsində iştirak etmək; · Müvafiq iqtisadi araşdırmalar və təhlil nəticələrinin aidiyyəti üzrə təqdim edilməsini təmin etmək; · Səlahiyyətləri çərçivəsində Cəmiyyətin aidiyyəti strateji biznes planlaşdırılması prosesində iştirak etmək; · Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarının və qiymət trendlərinin təhlil olunmasında və təhlil nəticələrinin təqdim olunmasında iştirak etmək; · Şöbənin səlahiyyətləri daxilində müvafiq xəlitələrin affinajı, o cümlədən qiymətlilərin dünya bazarında satışının təşkil edilməsində iştirak etmək; · Ölkə üzrə və qlobal iqtisadiyyat üzrə əsas makroiqtisadi, orta və uzunmüddətli dövrlər üçün iqtisadi proqnozların təhlilində iştirak etmək; · Şöbənin səlahiyyətləri çərçivəsində xarici və yerli şirkətlərlə tərəfdaşlıq əlaqələrinin qurulmasında və inkişafında iştirak etmək; · Səlahiyyətləri çərçivəsində yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək; · Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Dil və komputer bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və Rus dilləri (yaxşı). · Microsoft Office və digər proqramlar (PPT, Outlook); · Maliyyə sahəsi üzrə ümumi biliklər; · Komanda ilə iş, risklərin idarə edilməsi, təhlil etmə, kommunikasiya, davamlı inkişaf və öyrənməyə açıq, tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək;
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (İqtisadiyyat, maliyyə, mühəndislik, biznesin idarə olunması ixtisasları üzrə) · Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı müsahibə əsnasında təyin olunur. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.