Şöbə müdir müavini / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:
• Şöbənin fəaliyyətinin səmərəli təşkil olunmasında iştirak etmək və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
• Yeni investisiya və biznesin inkişafı imkanlarının dəyərləndirilməsi və qərar prosesində şöbə müdirinə dəstək vermək;
• Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasında iştirak etmək;
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planları vədigər bu kimi sənədlərin hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin olunmasında iştirak etmək;
• Dövlət qurumları ilə aparılan hesabatlılığın təmin olunmasını təşkil etmək, bununla bağlı müvafiq sektorun işinə nəzarət etmək;
• Yataqların istismarı istiqamətində alternativ biznes modelləri dəyərləndirmək və müvafiq təkliflər verilməsində iştirak etmək;
• Dünyada mədən sənayesində baş verən yenilikləri və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflər hazırlanmasında iştirak etmək;
• Yeni investisiya layihələri üzrə iqtisadi təhlillər aparmaq;
• Şöbənin səlahiyyətləri daxilində Cəmiyyətin Strateji planının hazırlanmasında iştirak etmək;
• Şöbənin səlahiyyətləri çərçivəsində beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaradılmasında və inkişaf etdirilməsində iştirak etmək;
• Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini izləmək;
• Şöbənin səlahiyyətlərinə aid qiymətli metalların satışı ilə bağlı Cəmiyyətin illik satış planının hazırlanmasını həyata keçirmək;
• Şöbənin səlahiyyətləri daxilində xəlitələrin affinajı, o cümlədən qiymətli və əlvan metalların dünya bazarında satışının təşkil olunmasına rəhbərlik etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), ingilis və rus dilləri (yaxşı);
• Microsoft Office proqramlarını və digər zəruri proqram təminatlarını bilmək;
• Komandaya rəhbərlik etmək, iş bölgüsünü təşkil etmək və icra proseslərini koordinasiya etmək bacarığı;
• Yüksək təşkilatçılıq, güclü ünsiyyət, maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurmaq və analitik düşünmə bacarığı;
• Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Beynəlxalq münasibətlər, Beynəlxalq iqtisadi münasibətlər, Mədən mühəndisliyi və/və ya digər uyğun ixtisaslar. İdarəetmə üzrə əlavə təhsil və ya sertifikat üstünlük hesab olunur).
• Müvafiq sahə üzrə ən azı 7- 9 il iş təcrübəsi;
• İdarəetmədə ən azı 4 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar