Dağ-mədən mühəndisi (Geomexanik) / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Karxana və yamaclarda geotexniki/geomexaniki sabitliyin qiymətləndirilməsi və risklərin monitorinqinin aparılması;
• Süxur kütləsinin davranışının təhlili, sürüşmə və deformasiya risklərinin müəyyən edilməsi üzrə hesabatların hazırlanması;
• Geomexaniki monitorinq alətlərindən (inklinometr, pyezometr və s.) əldə olunan məlumatların təhlili və texniki tövsiyələrin verilməsi;
• Hasilat işlərinin planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
• Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək;
• Hasilat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək;
• İşlərin koordinasiyası zamanı gecikmələr olduqda onların səbəbini araşdırmaq və onların aradan qaldırılması üzrə görüləcək tədbirlər üzrə öz təklif və tövsiyələrini vermək;
• Hasilat sahələri üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
• Hasilat prosesləri ilə bağlı imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və müqavilə pozuntularının idarə edilməsində iştirak etmək;
• Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
• Şöbənin texniki arxivinin düzgün təşkilinə nəzarət etmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli (üstünlükdür);
• MS Office proqramları üzrə işləmək bacarığı;


Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (Dağ-mədən mühəndisliyi, geologiya ixtisasları üzrə)
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir





Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar