• Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək; • Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək • Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq • Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək • Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək • Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək • Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq • Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik. • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.