Bölmə rəhbəri / Daxili Nəzarət Şöbəsi

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:


Əsas vəzifə öhdəlikləri:

• Bölmənin iş fəaliyyətini təşkil etmək, bölmənin işçiləri arasında iş bölgüsünü səmərəli təşkil edilməsində Şöbənin müdir müavininə dəstək olmaq;
• Bölmənin işçiləri tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
• Bölmə daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə Şöbənin müdir müavininə təkliflər təqdim etmək;
• Daxili nəzarət alətlərini tətbiq etməklə Şirkətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi üzrə daxili nəzarət sisteminin mövcud vəziyyətinin monitorinq və təhlil tədbirlərini və araşdırmaları aparmaq, nəticələri barədə təklifləri hazırlayamaq və Şöbənin müdir müavininə təqdim etmək;
• Şirkətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi üzrə güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı Şöbənin müdir müavininə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində Şöbənin müdir müavininin tapşırıqlarını icra etmək;
• Şirkətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini əhatə edən funksiya və proseslər üzrə təhlilləri və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Şöbənin müdir müavininə təqdim etmək;
• Şirkətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi üzrə korrupsiya xarakterli hallarla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsilə, habelə nəzarət mexanizmlərində boşluqlarla qarşı adekvat mübarizə, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırılması və bu istiqamətdə araşdırılmaların aparılması üzrə Şöbənin müdir müavininə dəstək göstərmək, bu istiqamətdə Bölmə işçilərinin işini yoxlamaq və bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi üçün Şöbənin müdir müavininə təkliflər təqdim etmək;
• Şirkətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi üzrə korrupsiya risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarəedilməsi və qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsində iştirak etmək, həmin tədbirlərin effektiv tətbiqi üçün məsul struktur bölmələrə lazımi dəstəyi göstərmək, təhlillər aparmaq və təklifləri Şöbənin müdir müavininə təqdim etmək;
• Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün Bölmənin fəaliyyətinə dair mütəmadi hesabatları yoxlamaq və Şöbənin müdir müavininə təqdim etmək;
• Cəmiyyətin fəaliyyətində daxili nəzarət üzrə mexanizmlərin formalaşdırılmasını, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsinində Şöbənin müdir müavininə dəstək göstərmək.
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni təhlil etmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbənin müdir müavininə təkliflər vermək.
• Aidiyyəti hesabatları hazırlamaq və Şöbənin müdir müavininə təqdim etmək.


Tələb olunan biliklər və bacarıqlar:

• Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalı.
• Müxtəlif peşə kvalifikasiyalarına (Certified Internal Auditor (CIA), Certified Fraud Examiner (CFE) və s.) malik olmaq arzuolunandır.
• Korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2025) tələblərini bilməli.
• Microsoft Office, digər audit və statistik proqramlarda işləmək bacarığı olmalı.
• Şirkətin biznes modelini anlamalı, ağır sənaye və dağ-mədən sahəsi barədə məlumatlı olmalı.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
• Təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, hesabat yazma səriştəsi, məsuliyyət, əməkdaşlıq, innovativlik, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə bacarığı, planlama səriştəliklərinə malik olmalıdır.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil;
• Müvafiq sahə üzrə 3 il;
• İdarəetmə sahəsi üzrə ən azı 2 il;
• Ümumilikdə ən azı 5 il iş təcrübəsi;

İş qrafiki:

• Gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 12:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar