Əsas vəzifə və öhdəliklər: Elektrik sahəsi üzrə iş bölgüsü aparmaq və onu təşkil etmək; Hasilat sahəsinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təşkil etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsi istiqamətində tədbirlər görmək və təkliflər vermək; Elektrik enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə təşkil etmək; Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təşkil etmək; Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təşkil etmək; Cəmiyyətdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təşkil etmək; Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlanmasını təşkil etmək.Plan üzrə texniki təmir vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan işçilərlə vaxtaşırı müzakirələrin aparılmasını təmin etmək. Cəmiyyət üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək; Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsini təşkil etmək; Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin enerji təsərrüfatını təmin etmək; Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək; İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasını təşkil etmək; İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təşkil etmək; Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək; Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurların aradan qaldırılmasını təşkil etmək; Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsininə nəzarət etmək; Elektriklərin işinə nəzarət etmək və sahə rəisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını; Sahənin qüvvədə olan standart və texniki şərtlərini; Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ); Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxemini; Telemexanika və elektronikanın əsaslarını;
Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahə üzrə ali təhsil. Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;