Nəzarət otağı operatoru / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Paylanmış Nəzarət Sistemi (DCS) üzərindən bütün avadanlıqları avtomatik rejimdə idarə etmək, müxtəlif zavod sahələri arasında qarşılıqlı bloklamaların düzgün və təhlükəsiz işləməsini təmin etmək;
• Proses zamanı ani dəyişiklikləri real vaxt rejimində izləmək, lazımi parametrləri vaxtında tənzimləməklə sabitliyi qorumaq və lazım gəldikdə operativ müdaxilə etmək, aşkar edilən kritik dəyişikliklər və müşahidələr barədə növbə nəzarətçisi və müvafiq sahə operatorlarına dəqiq və operativ məlumat vermək;
• Zavod üzrə avadanlıqların temperatur, təzyiq, pH, axın sürəti, güc (kW), amper (A) kimi parametrlərinə nəzarət etmək;
• Əgər parametrlər standartdan kənar olarsa növbə nəzarətçisinə və müvafiq sahənin operatorlarına lazımi məlumatları təmin etmək;
• Kimyəvi materialların saxlama çənlərinin səviyyəsinə nəzarət etmək, çənlərdə kimyəvi maddələrin miqdarını (mis. sianid) izləyərək lazımi qaydada maddənin sistemə verilişini tənzimləmək, qatılaşma anına vaxtaşırı vizual nəzarət etmək, qatılaşmanın yataq səviyyəsi (m), qatılaşma yataq kütləsi (kg), müvafiq qaz detektorlarının oxunuşları, axınların sürəti kimi parametrləri izləyərək standart qaydada prosesin getməsi üçün tənzimləmək;
• Dəyirmanlar üçün güc, amperaj dəyərlərinə, dəyirmanların bəsləməsinə verilən suyun miqdarına, günlük olaraq istifadə edilən tullantı hovuzu suyu və saf su sərfiyyatına, filiz bəsləməsinin saatlıq (t/h) və gündəlik miqdarına, həmçinin dəyirmanlara bəsləmənin dayandırılmasına, müəyyən səbəblərdən dəyirmanların dayandırılmasına nəzarət etmək və bu məlumatları təyin olunmuş qeyd cədvəlinə qeyd etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis;
• Microsoft Office proqramları üzrə biliklər;
• Fərdi mühazfizə vasitələrindən düzgün isifadə etmək bacarığı;
• Əməkdaşlıq, Məsuliyyətlilik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.


İş qrafiki:

• Növbəli iş rejimi

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar