Elektrik mühəndisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Söyüdlü (Zod) qızıl yatağı

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Elektrotexniki qurğular üzrə texniki xidmət və təmir qrafiklərinin hazırlanmasında iştirak etmək bacarığı;
• İstismar işlərinin təşkili və iş bölgüsünün aparılması üzrə təcrübə;
• Elektrik enerjisindən səmərəli istifadə, enerji itkilərinin azaldılması və enerji balans cədvəlinin aparılması üzrə bilik və bacarıqlar;
• Ehtiyat hissələri, materiallar və avadanlıqların sərf statistikasının aparılması, sifariş həcmlərinin hazırlanması bacarığı;
• İstehsal olunan məhsulun vahidinə düşən enerji sərfinin hesablanması bacarığı;
• Enerji təsərrüfatına aid birxətli və prinsipial elektrik sxemlərini oxumaq və hazırlanmasında iştirak etmək bacarığı;
• Güc və ölçü transformatorları, orta və yüksək gərginlikli elektrik açarlarının quruluşu və iş prinsipləri üzrə biliklər;
• Texniki istismar və elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər, işçilər üçün müvafiq təlimlərin təşkili bacarığı.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
• MS Office (Outlook, Word, Excel) və AutoCAD proqramlarında işləmə bacarığı;
• Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
• Komanda ilə effektiv əməkdaşlıq və tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali texniki təhsili
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir;
• Əməkdaşlara beynəlxalq və yerli təlim və konfranslarda iştirak imkanı yaradılır;
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
• Nəqliyyat xidməti;
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar