Elektrik / Təmir - tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
▪ Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
▪ İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək;
İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişiIməsində iştirak etmək;
▪ Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
▪ Yarımstansiyanın elektrik avadanlığının texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
▪ Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
▪ Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
▪ Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək;
▪ Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək;
▪ Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
▪ Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
▪ Əməyin təhlükəsizliyi normalarına əməl etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahədə ilk peşə və ya orta ixtisas təhsili.
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
• Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır).

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, problem həll etmə bacarıqları;
▪ Elektrik idarəetmə aparatlarının iş prinsiplərini bilmək;
▪ Elektrik sxemlərini tərtib etmək və quraşdırmaq bacarığı;
▪ Elektrik mühərriklərinin, güc, gərginlik və cərəyan transformatorlarının quruluşunu, birləşmə qruplarını və iş prinsipini bilmək;
▪ Birxətli və prinspial sxemləri oxumaq və elektrik dövrələrində qüsurları aşkar etmək bacarığı;
▪ ETQ və TİQ sahəsində biliklərə malik olmaq.

İş qrafiki:
* Növbəli

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar