Elektrik / Təmir-tikinti və texniki təminat şöbəsi / Çovdar filiz emalı sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
16.12.2025
Yenilənmə tarixi:
17.12.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək; • İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək; • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək; • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək; • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq; • Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək; • Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək; • Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək; • Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək; • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək; • Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, İngilis dili – müvafiq sahə üzrə texniki və peşəkar terminologiyanı anlama bacarığı; • Elektrik mühərriklərinin quruluşunu və birləşmə sxemlərini bilmək, invertorların və müxtəlif işə salma avadanlıqlarının dövrəyə qoşulma qaydalarını bilmək; • "Elektrik Qurğularının Texniki İstismar Qaydaları"nı və "Elektrik Təhlükəsizliyi Qaydaları"nı bilmək; • Elektrik mühərriklərinin quruluşunu və birləşmə sxemlərini bilmək, invertorların və müxtəlif işə salma avadanlıqlarının dövrəyə qoşulma qaydalarını bilmək; • Enerji təsərrüfatının birxətli və prinsipial elektrik sxemlərini oxumağı bacarmaq, elektrik avadanlıqlarının güc və ölçü transformatorlarının, orta və yüksək gərginlikli elektrik açarlarının quruluşunu və iş prinsipini bilmək; • Elektrik avadanlıqlarının torpaqlama və izolyasiya müqavimətlərini ölçməyi bacarmaq; • Elektrik ölçü cihazlarından və fərdi mühafizə vasitələrindən düzgün istifadə etməyi bacarmaq. • Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Operativlik;
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə orta-ixtisas və ya peşə təhsili; • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.