Fəhlə / Geoloji kəşfiyyat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Yerüstü axtarış-kəşfiyyat işlərində iştirak etmək;
* Nöqtəvi sınaqların götürülməsi;
* Şırım sınaqlarnın götürülməsi;
* Sınaqların daşınması;
* Geoloji xəritəalma zamanı maraq doğuran cisimlərin konturlarının GPS-lə hüdudlandırılması;
* Əl GPS ilə işləmək (nöqtələr vurmaq, hərəkət trayektoriyasını cızmaq);
* Buruq qazma işlərində geoloqlara dəstək məqsədilə iştirak etmək;
* Geotexniki buruq qazma işlərində iştirak etmək;
* İstiqamətlənmiş kernləri təbii vəziyyətinə uyğunlaşdırmaq;
* Kern yeşiklərinin markirovkasının düzgünlüyünə nəzarət etmək;
* Kernlərin daşınması zamanı baş verən intervaldaxili sürüşmələrin aradan qaldırılmaq;
* Sınaqların üyüdülməsi;
* Kern yeşiklərinin şəkillərinin çəkilməsi üçün hazırlanması;
* Kern yeşiklərinin şəkillərinin xüsusi avadanlıqda çəkilməsi;
* Kern anbarında ardıcıllıqla yığılmasının yerinə yetirilməsi;
* İş zamanı təhkim olunmuş avtomobilin idarə edilməsi;
* İşçi heyətin iş sahəsinə və geriyə təhkim olunmuş avtomobil ilə daşınması;
* Çöl düşərgəsində yaşayış zamanı təminat işlərini yerinə yetirmək;
* Geoloqların verdiyi tapşırıları yerinə yetirmək;
* Ehtiyac yarandığı təqdirdə qanunvericiliyə müvafiq qaydada digər işlərdə iştirak etmək

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Dil bilikləri: Azərbaycan dili
* Sürücülük vəsigəsi: BC kateqoriyası
* Çətin relyef şəraitində yaşamaq və işləmək bacarığı; Yolsuzluq şəraitində avtomobil idarə etmək bacarığı; Kern kəsmə bacarığı; Sınaqların üyüdülməsi bacarığı; Ezamiyyətlərə getməyə hazır olmalı;
* Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, innovativlik, çeviklik.

Tələb olunan təhsil və iş təcrübəsi:
* orta təhsil
* Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 3 il.

İş qrafiki:
* Növbəli iş rejimi

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar