Əsas vəzifə və öhdəliklər: • Yerüstü axtarış-kəşfiyyat işlərində iştirak etmək; • Nöqtəvi və şırım sınaqlarının götürülməsi; • Sınaqların daşınması; • Əl GPS ilə işləmək (nöqtələr vurmaq, hərəkət trayektoriyasını cızmaq); • Buruqqazma işlərində geoloqlara dəstək məqsədilə iştirak etmək; • Geotexniki buruqqazma işlərində iştirak etmək; • Kern yeşiklərinin daşınması və markirovkasının düzgünlüyünə nəzarət etmək; • Kernlərin daşınması zamanı baş verən interval daxili sürüşmələri aradan qaldırmaq; • Sınaqların üyüdülməsi; • Kern yeşiklərinin şəkillərinin çəkilməsi üçün hazırlanması; • Kern yeşiklərinin şəkillərinin çəkilməsi; • Kern anbarında yeşiklərin ardıcıllıqla yığılması; • Layihəyə təhkim olunmuş avtomobilin idarə edilməsi; • İşçi heyətin iş sahəsinə və geriyə avtomobil ilə daşınması; • Çöl düşərgəsində yaşayış zamanı təminat işlərini yerinə yetirmək; • Geoloqların verdiyi tapşırıqları icra etmək; • Ehtiyac yarandığı təqdirdə qanunvericiliyə müvafiq qaydada digər işlərdə iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili • Sürücülük vəsigəsi: BC kateqoriyası • Çətin relyef şəraitində yaşamaq və işləmək bacarığı; • Yolsuzluq şəraitində avtomobil idarə etmək bacarığı; • Kern kəsmə bacarığı; Sınaqların üyüdülməsi bacarığı; • Ezamiyyətlərə getməyə hazır olmalı; • Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, innovativlik, çeviklik.
Tələb olunan təhsil və iş təcrübəsi: • orta təhsil • Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 1 il.
İş qrafiki: * Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.