• Geofiziki tədqiqatların texniki tapşırıqlara, metodik göstərişlərə və qrafiklərə uyğun icrasında iştirak etmək; • Geoloji-geofiziki tədqiqatlar zamanı əldə edilmiş məlumatların toplanmasında, emalında və sistemləşdirilməsində iştirak etmək; • Sahə və kameral işlər zamanı toplanmış geofiziki məlumatların ilkin və detallı təhlilini aparmaq; • Geofiziki ölçmələrin dəqiqliyini və etibarlılığını təmin etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; • Tədqiqatlar nəticəsində əldə olunmuş materialların (hesabatlar, qrafiklər, xəritələr, cədvəllər və s.) hazırlanmasında iştirak etmək; • Geoloji-geofiziki məlumatların müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək; • Aeroelektromaqnit və yerüstü geofiziki tədqiqatlar üzrə əldə olunmuş nəticələrin təhlilində və nəticələrin əsaslandırılmasında iştirak etmək; • Tətbiq olunan geofiziki metod və texnologiyalar üzrə biliklərini daim yeniləmək, yeni metodların öyrənilməsində iştirak etmək.
Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır; • MS Office proqramlarında yüksək səviyyədə, Oasis Montaj, AutoCad kimi proqramlarda isə yaxşı səviyyədə işləmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Geologiya və geofizika mühəndisliyi üzrə). • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əməkhaqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.