• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək; • Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə geologiya və mədən işlərində iştirak etmək; • Bütün əlaqədar məlumat və qeydlər üçün elektron baza yaratmaq; • Poliqonun forması, nöqtələri, koordinatları, ortalama tərkibi, həcm və sayı kimi bütün müvafiq məlumatlarla poliqonunun yekun versiyasınının çap edildiyini təmin etmək və sonra daha asan nəzarət edilməsi üçün sənəd qovluğuna daxil edib saxlamaq; • Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təmin etmək; • Geoloji xəritə hazırlanmasında iştirak etmək; • Dağ-mədən işləri üzrə filizin gündəlik ortalama tərkib hesabatını təqdim etmək; • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik. • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və CİS proqram təminatları ilə işləmə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.