Geoloq / Geoloji kəşfiyyat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
16.04.2026
Yenilənmə tarixi:
12.05.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri: · Geoloji, geokimyəvi, geofiziki məlumatlardan (ölçmələr, quyu sənədləşmələri, aerofoto şəkillər) istifadə etməklə sahənin geoloji quruluşunu qiymətləndirmək, xəritə və hesabatlar hazırlamaq; · Cisimlərin(torpaq, süxur) geoloji xüsusiyyətlərini tədqiq etmək üçün optiki, rentgen, istilik və digər diaqnostik üsullardan istifadə; · Geoloji sahə mütəxəssisləri ilə əlaqədə olmaq, elmi nəşrləri izləmək, konfranslarda və ya universitetlərdə keçirilən mühazirələrdə iştirak etmək. · Tarixi geoloji məlumatları düzgün şəkildə təhlil etmək və rəqəmsallaşdırmaq; · Geoloji sahə mütəxəssisləri ilə əlaqədə olmaq, elmi nəşrləri izləmək, konfranslarda və ya universitetlərdə keçirilən mühazirələrdə iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır; · Microsoft Office proqramları üzrə işləmək bacarığı; · Süxur nümunələrinin mineraloji və petroloji xüsusiyyətlərinin təyini üzrə biliklər; · Cəmiyyətin fəaliyyəti və aktiv kəşfiyyat işləri apardığı sahələr üzrə geoloji biliklərə sahib olmaq və məlumatların interpretasiya edilməsi bacarığı; · Geoloji proqramlarla işləmək bacarığı; · Analitik düşünmə bacarığı; · Komanda ruhu, şəxsi və peşəkar inkişafa yönümlülük, məsuliyyət, əməkdaşlıq, dürüstlük, çeviklik, nəticə yönümlülük, planlama.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (geologiya ixtisası üzrə); · Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki: · Növbəli
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.