Geoloq / Qeyri-filiz yataqlarının istismarı idarəsi (geoloji kəşfiyyat) / Geoloji kəşfiyyat üzrə

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:
• Geoloji, geokimyəvi, geofiziki məlumatlardan (ölçmələr, ilkin geoloji planalma, sahədə şurf və quyularda geoloji sənədləşdirmə, aero foto şəkillər) istifadə etməklə sahənin geoloji quruluşu haqda xəritə və hesabat tərtib etmək;
• Süxur nümunələrinin mineraloji və litoloji xüsusiyyətlərinin təyini üzrə biliklər;
• Tarixi geoloji məlumatları, arxiv materiallarını və əvvəlki tədqiqat nəticələrini təhlil etmək, məlumatların düzgün rəqəmsallaşdırılmasını təmin etmək, elektron bazalarda işləmək və geoloji məlumat sistemlərini yeniləmək;
• Tikinti təyinatlı qeyri-filizlərin standartları haqqında məlumatlı olmaq;
• Elmi məqalələri, beynəlxalq geoloji yenilikləri və müasir tədqiqat metodlarını mütəmadi izləmək, peşəkar bilik və bacarıqları inkişaf etdirmək məqsədilə konfranslarda, seminarlarda, təlimlərdə və universitet mühazirələrində iştirak etmək.

Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dili biliyinin olması arzuolunandır;
• MS Office proqramları və müasir geoloji proqramlarla işləmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Geologiya, Mədən mühəndisliyi, Mühəndis geoloq ixtisasları üzrə).
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:
• Növbəli iş qrafiki.

Əməkhaqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar