İlməkçi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Dinamik və statik yüklərin qaldırılması,daşınması,və yerləşdirilməsi üçün ilməyin qurulması, bağlanması, və bərkidilməsi qaydasını bilmək;
• Kran maşinistinə siqnalın və işarələrin verilməsi, yükün qaldırılması, daşınması və yerinə qoyulması zamanı yükə nəzarət etmək;
• Yüktutucu vasitələrin yararlı olub-olmamasını müəyyənləşdirmək;
• Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili sərbəst,
• Yaxşı ünsiyyət qabiliyyəti, Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik;
• İlməkçi və siqnalçı/Banksman & Slinger təlimləri üzrə aktiv sertifikata malik olmaq;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Tam orta təhsil və ya müvafiq sahə üzrə peşə təhsili;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

İş qrafiki:
• Növbəli iş rejimi

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar