İnsan resursları üzrə biznes tərəfdaş / İnsan resurslarının idarəolunması şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifələri:
* Biznes funksiyalarının səmərəliliyini artırmaq üçün vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq;
* Partnyoru olduğu Struktur bölmələr üzrə namizədlərin seçilməsini və işə qəbul planının icrasını təşkil etmək;
* Partnyoru olduğu Struktur bölmələrin aktiv boş vakansiyalarıyla bağlı elan nümunə formalarının hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, uyğun namizədlərlə müsahibələrdə iştirak etmək.
* Partnyoru olduğu Struktur bölmələr üzrə yeni işçilərə Cəmiyyətin adaptasiya (ilk iş günü) təqdimatının keçirilməsi;
* Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin funksional və fərdi hədəflərinin toplanılması, düzgünlüyünün yoxlanılması;
* Partnyoru olduğu Struktur bölmələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
* Universitetlərlə əməkdaşlıq: tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi və fəaliyyət planına uyğun olaraq tədbirlərin təşkilində iştirak etmək;
* Universitet və peşə təhsili mərkəzlərində "AzerGold"-un işəgötürən brendinin təbliğinin aparılması, təlimlərin keçirilməsi;
* İşdən çıxan işçilərlə son müsahibələrin (exit interview) aparılması üzrə lazımi tədbirlər görmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
* Dil və komputer bilikləri:Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır) . MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, işləmə bacarığı

Tələb olunan təhsil və iş təcrübəsi:
* Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
* İş təcrübəsi: biznes tərəfdaş kimi minimum 1 il, insan resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar