• İT siyasəti ilə təsdiqlənmiş proqram təminatının quraşdırılmasını və konfiqurasiyasını həyata keçirmək; • İstifadəçilərə yerində və uzaqdan texniki dəstək göstərmək; • İT layihələrinin icrası və koordinasiyasında iştirak etmək; • Son istifadəçi sorğularının vaxtında, keyfiyyətli və dəqiq icrasını təmin etmək; • Kompüter, noutbuk, printer, IP telefon və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyini həyata keçirmək; • Yeni əməkdaşların iş yerlərinin hazırlanmasını, zəruri proqram təminatlarının quraşdırılmasını və sistemlərə girişlərinin təşkil edilməsini təmin etmək; • Domen istifadəçiləri üçün hesabların, şifrələrin və giriş hüquqlarının idarə olunmasını təmin etmək; • Server, şəbəkə və informasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması, monitorinqi və fasiləsiz fəaliyyətində iştirak etmək; • Active Directory, DNS, DHCP və digər korporativ sistemlərin inzibatçılığını həyata keçirmək; • Korporativ şəbəkə avadanlıqlarının (switch, router, firewall, access point və s.) idarə olunması və texniki dəstəyini həyata keçirmək; • Korporativ elektron poçt, videokonfrans və digər informasiya sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək; • Ehtiyat nüsxələmə, məlumatların bərpası və informasiya təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsində iştirak etmək; • İT infrastrukturu üzrə texniki sənədlərin, inventar məlumatlarının və şəbəkə sxemlərinin aktuallığını təmin etmək; • Server, şəbəkə və informasiya sistemlərində yaranmış insidentlərin araşdırılması və aradan qaldırılmasını təmin etmək.
Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili səlis, Rus dili arzuolunandır; • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Kompüter bilikləri: • "Client" tipli əməliyyat sistemləri (Windows 10/11) üzrə yüksək səviyyədə biliklər; • Windows Server (2016/2019/2022), Active Directory, DNS, DHCP və Group Policy xidmətləri üzrə biliklər; • PC, Notebook, printer, IP telefon və digər periferik avadanlıqların quraşdırılması və inzibatçılığı üzrə biliklər; • Şəbəkə texnologiyaları (TCP/IP, VLAN, VPN, Routing, Switching, Wi-Fi) üzrə biliklər; • Şəbəkə avadanlıqlarının (FortiGate, Cisco, HP və s.) idarə olunması üzrə biliklər; • Microsoft 365, Exchange Online, Teams və digər korporativ xidmətlər üzrə biliklər; • Virtualizasiya platformaları (VMware vSphere, Hyper-V) üzrə baza biliklər; • Backup və monitorinq sistemləri üzrə biliklər; • Service Desk sistemləri (ManageEngine, Jira Service Management, OTRS, SolarWinds və s.) üzrə iş təcrübəsi; • CCNA, MCSA, Microsoft, VMware, ITIL və ya analoji sertifikatların olması üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır. • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi • Ümumi təcrubə müddəti 5 il.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.