Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
20.07.2025
Yenilənmə tarixi:
29.07.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Sistem, şəbəkə və son istifadəçi cihazlarının təhlükəsizliyi üzrə həllərin sazlanmasını təmin etmək; • VPN, firewall, WAF və e-poçt təhlükəsizliyi sistemlərinin sazlanması və daimi monitorinqini həyata keçirmək; • SIEM və SOAR platformalarının konfiqurasiyası, qayda (rule), siqnal (alert) və “playbook”-ların yazılması; • İT infrastrukturunda təhlükəsizlik tədbirlərinin (hardening) həyata keçirilməsi – CIS, DISA STIG və digər sənaye bençmarklarına uyğun olaraq; • WAF, EDR/XDR, DLP və digər aidiyyəti sistemlərinin tətbiqi, sazlanması və istismarına nəzarət; • İnformasiya təhlükəsizliyi boşluqları skanerlərinin tətbiqi ilə boşluqların müəyyən edilməsi, nəticələrin CVSS (kritiklik) dərəcəsinə görə prioritetləşdirilməsi və aradan qaldırılmasının aidiyyəti şöbə ilə koordinasiyası; • İnsidentlərin aşkarlanması, ilkin texniki təhlili və eskalasiya olunması üzrə tədbirlərin görülməsi; • Kibertəhlükəsizlik həllərinin ehtiyat nüsxələrinin yaradılması və periyodik bərpa testlərinin keçirilməsi; • Autentifikasiya həllərinin təhlükəsizlik konfiqurasiyasını təmin etmək; • Cəmiyyətin İKT və rəqəmsal layihələrində kibertəhlükəsizlik tələblərinin formalaşdırılması və tətbiqinə dəstək vermək; • İnsident və ya digər texniki nasazlıq səbəbindən kibertəhlükəsizlik həllərində dayanmalar, əlçatanlığın pozulması və ya digər neqativ hallar yaşanarsa ani müdaxilə etmək və həllərin işləkliyini təmin etmək; • Kibertəhlükəsizlik həllərindən istifadəçilər üçün müvafiq təlimatların yazılması;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili (səlis), İngilis dili (orta,texniki) və Rus dili (arzu olunandır); • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi, dokumentasiyalar ilə işləmə və hazırlama bacarığı,araşdırma bacarığı; • Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik (öz üzərində çalışma), Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə bacarığı, Planlama səriştəlikləri;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (komputer elmləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və digər mühəndislik yaxud texniki yönümlü ixtisaslar üzrə) • Kibertəhlükəsizlik mühəndisliyi (həlllərin quraşdırılması və sazlanması) istiqaməti üzrə beynəlxalq səviyyəli sertifikatlar arzu olunandır.(COMTIA CASP+, ISC2 SSCP və s.) • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.