Laboratoriyaya nəzarət üzrə mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Podratçı xidmət göstəridiyi laboratoriyanın müvafiq beynəlxalq və yerli standartlara (ISO 17025, ISO 9001, ISO 45001, ISO 14001 və s.) uyğun işləməsinə nəzarət etmək;
• Laboratoriyada istifadə olunan sınaq metodlarının doğruluğunu və etibarlılığını yoxlamaq;
• Sınaq və analizlərin müvafiq prosedur və metodlara uyğun aparıldığını yoxlamaq;
• Laborator sınaqlarda avadanlıqların kalibrləmə və keyfiyyətə nəzarət ilə bağlı sənədləşməsini yoxlamaq;
• Laboratoriyda aparılan sınaq və analiz proseslərini yoxlamaq;
• Laboratoriyada aparılan kimyəvi, fiziki və mineraloji analizlərin spesifikasiyalara uyğun olmasına nəzarət etmək;
• Analizlərdə kənara çıxmalar olduqda podratçı ilə birgə araşdırmalar aparmaq və düzəldici tədbirlərin görülməsini təmin etmə;
• Müxtəlif analitik metodlardan istifadə edərək proseslə uyğunluğunu yoxlamaq;
• Daxili sənədlərin hazırlanmasında iştirak etmək;
• Laboratoriyada istifadə edilən cihazların vaxtlı-vaxtında texniki baxış edilməsinə nəzarət etmək;
• Podratçının istifadə etdiyi ölçmə cihazlarının kalibrlənməsini və düzgün işləməsini yoxlamaq;
• Laboratoriya işləri ilə bağlı audit sənədlərinin və hesabatlarının hazırlanması;
• Laboratoriya fəaliyyətinə dair zəruri hesabatlarının tərtib edilməsi;
• Beynəlxalq və yerli standartların tələblərin tətbiqindəki uyğunsuzluqlar barədə rəhbərliyə hesabat təqdim etmək;
• Nümunələrin düzgün götürülməsi, qeydiyyatı və izlənməsini yoxlamaq;
• Laboratoriyaya daxil olan nümunə saylarına, aparılan sınaq və analizlərin saylarına, növlərinə və tipinə nəzarət etmək, statistik məlumatlar toplamaq və hesabat hazırlamaq;
• Laboratoriya sınaq və analiz nəticələrinin statistikasını aparmaq və prosesin inkişafı üçün tövsiyələr vermək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
• Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
• Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
• Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
• İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
• Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
• Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:


• Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə;
• Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı;
• Müvafiq sahə üzrə qanunvericilik aktları və normalar haqqında biliklərə malik olmaq;
• İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartlar barədə nəzəri və praktiki biliklərə sahib olmaq;
• İdarəetmə sistemlərində auditin keçirilməsi üzrə praktik tətbiq təcrübəsinə malik olmaq;
• Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində tələb və prinsiplər barədə biliklərə sahib olmaq;
• İdarəetmə sistemləri və auditi (İSO 9001, İSO 17025) üzrə müvafiq sertifikatlara malik olmaq.
• Problem həlletmə bacarığı, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Kimya mühəndisliyi, analitik kimya, geokimya, dağ-mədən mühəndisliyi, laboratoriya elmləri və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
• Mədən və ya laboratoriya sahəsində minimum 3 il iş təcrübəsi;
• Ümumi təcrübə müddəti – 5 il.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar