• Mədən sahəsində markşeyder ölçmələrinin aparılması və koordinat məlumatlarının hazırlanmas; • Topoqrafik planların, kəsilişlərin və xəritələrin hazırlanması və yenilənməsi; • Karxana sərhədlərinin, pillələrin və istehsalat sahələrinin ölçülərək nəzarətdə saxlanılması; • Həcm hesablamalarının (qazıntı, tökmə, anbar və s.) aparılması və hesabatların hazırlanması; • Ölçmə nəticələrinin Surpac, AutoCAD, Deswik və digər proqram təminatlarında emal olunması; • İstehsalat üzrə aylıq irəliləyiş və faktiki hasilat məlumatlarının hazırlanması; • Geologiya bölməsi ilə koordinasiyalı şəkildə ölçmə məlumatlarının paylaşılması. • Markşeyder məlumat bazasının və texniki sənədlərin düzgün arxivləşdirilməsi. • Mədən işlərinin layihəyə və təsdiq olunmuş koordinatlara uyğunluğuna nəzarət edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli (üstünlükdür); • MS Office proqramları üzrə işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Mədən mühəndisliyi, Geodeziya və xəritəçəkmə, Geomatika mühəndisliyi ixtisasları üzrə) • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.